Dövlətin idman mediasına böyük diqqət və qayğısı olmasaydı...

Dövlətin idman mediasına böyük diqqət və qayğısı olmasaydı...

Hazırda oxunan: Dövlətin idman mediasına böyük diqqət və qayğısı olmasaydı...

144781

Medianın İnkişafı Agentliyi (MEDİA) səmərəli fəaliyyəti ilə azərbaycanda medianın inkişafına özünün layiqli töhfələrini verməkdədir. Əminliklə söyləyə bilərik ki, bu sahədə aparılan islahatların nəticələri çox uğurludur. 

Bizim.Media xəbər verir ki, “Sportinfo.az” saytında bununla bağlı geniş yazı hazırlanıb. 

Yazını olduğu kimi təqdim edirik: 

Agentlik tərəfindən tamamilə yeni fəaliyyət modeli ortaya qoyulub. Kütləvi İnformasiya Vvasitələrinin dəstəklənməsi ilə bağlı nümayiş etdirilən təşəbbüslər kifayət qədər çoxşaxəli və rəngarəngdir. 

Artıq üç ilə yaxındır ki, çap mətbuatı ilə yanaşı, onlayn mediaya da dövlət dəstəyinin həyata keçirilməsinə başlanılıb. 
Bu, Azərbaycanın mətbuat aləmi üçün mühüm yenilikdir, axı buna qədər dəstək yalnız qəzetlərə göstərilib. 

İlk dəfə olaraq idman məzmunlu xəbərlər istehsal edən veb-saytlara da layihədə iştirak etmək hüququ tanınıb. 

Məqsəd qəzetlərlə bərabər, onlayn media subyektlərinin də inkişafı, onların iqtisadi müstəqilliklərinin gücləndirilməsi və fəaliyyətlərinin təkmilləşdirilməsidir. 

Eyni zamanda bu, ölkəmizdə dövlət tərəfindən idmana göstərilən diqqətin bariz nümunəsidir.  Sevindirici və qürurverici haldır ki, belə onlayn media subyektlərindən biri də “Sportinfo.az” saytıdır. Saytımız reqlamentə uyğun olaraq, gün ərzində onlarla kütləvi informasiya dərc edir. 

Materialların orijinallığı, informativliyi, analitik xarakteri, mətnlərin üslub keyfiyyətləri, dilin norma və qaydalarına əməl olunması, saxta və aldadıcı başlıqlı xəbərlərə yer verilməməsi əsas prioritetlərimizdəndir. 
Saytımız Azərbaycanın milli rəqəmsal media təhlili platformasında - “Metrix.az”da idman saytları sırasında birinci yerdə qərarlaşıb. 

İctimai-siyasi saytlar sırasında da ilk “10-luğ”a düşməyə iddialıyıq. 

“Sportinfo.az” MEDİA tərəfindən keçirilən layihələrdə iştirak edib. Yalnız ötən ilin yayında sənədlər vaxtında toplanmadığına görə bu layihədən kənarda qalıb. 

Bütün bunlara baxmayaraq, saytın strategiyasında heç bir ləngimə olmayıb. Məlumat üçün qeyd edək ki, “Sportinfo.az” saytında ölkəmizin ən tanınmış jurnalistləri fəaliyyət göstərir. Təqdim edilən materiallar, analitik təhlillər, maarfiləndirici araşdırmalar oxucular tərəfindən böyük maraqla qarşılanır. 

Dövlətin MEDİA vasitəsilə onlayın mətbuat orqanları üçün müxtəlif müsabiqələr keçirməsydi, idman təmayülllü KİV-lər çətin şərtlər altında çalışmalı olacaqdı. 

Biz o problemləri görmüş və yaşamışıq. İllərlə müxtəlif sıxıntılarla üz-üzə qalmışıq və bunun nə demək olmasını yaxşı başa düşürük. Eyni zamanda, bilirik ki, MEDİA-nın keçirdiyi müsabiqələrə sənəd təqdim etməklə iş bitmir. Gərək işimizi günün tələblərinə uyğun quraq. 

“Sportinfo.az” saytı olaraq məsuliyyətimizi dərk edirik və dövlətin mətbu orqanlara dəstəyini dəyərləndirməyi qarşımıza məqsəd qoymuşuq. 
Bəzən MEDİA-nın apardığı islahatlara kölgə salmaq cəhdlərini görürük. Halbuki bu, subyektiv və qərəzli yanaşmadan başqa bir şey deyil. 

“Sportinfo.az” saytının kollektivi həmişə olduğu kimi, bu gün də dövlətimizin idman mediasına diqqət və qayğısını təqdir edir, alqışlayır. 

Bu sahıdə özünü doğrulda bilməyən, uğurlu layihə ilə yadda qalmayan birilərinin riyakarlığı MEDİA-nın səmərəli və ədalətli fəaliyyətinə kölgə sala, onu öz yolundan döndərə bilməz. 

Biz əminik ki, Agentlik bundan sonra da obyektiv yanaşması ilə Azərbaycanda medianın inkişafına özünün layiqli töhfələrini verəcək. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO