Fransanın PSJ komandasının yeni baş məşqçisi bəlli olub.
Bizim.Media xəbər verir ki, bu vəzifəyə Luis Enrike gətirilib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
İspaniyalı mütəxəssis Paris təmsilçisinin sükanı arxasında bu gün istefaya göndərilən Kristofer Qaltyeni əvəzləyib. 53 yaşlı məşqçi ilə 2 illik müqavilə imzalanıb. Enrikenin son iş yeri İspaniya millisi olub.
O, məşqçilik karyerası ərzində İtaliyanın “Roma”, ölkəsinin “Selta” və “Barselona” klublarına da rəhbərlik edib.
Rəşad Rafiqoğlu, Bizim.Media