Portuqaliyanın Santarem şəhərində batut gimnastikası və tamblinq üzrə dünya kuboku yarışları keçirilib. Yarışda ölkəmizin idman şərəfini Azərbaycan yığma komandasının üzvləri Selcan Mahsudova (batut gimnastikası), Mixail Malkin, Tofiq Əliyev və Adil Hacızadə (tamblinq) qoruyublar.
Bizim.Media Azərbaycan Gimnastika Federasiyasına istinadla xəbər verir ki, yarışda iki idmançımız - Mixail Malkin və Adil Hacızadə finala vəsiqə qazanmağa müvəffəq olub.
Həlledici mərhələdə təcrübəli idmançımız, Avropa çempionu, dünya çempionatının gümüş mükafatçısı Mixail Malkin bütün rəqiblərini üstələyərək çempion tituluna yiyələnib. Adil Hacızadə isə medala çox yaxın olsa da, dördüncü pillədə qərarlaşıb.
Qeyd edək ki, gimnastlarımız bu yarışdan birbaşa Koimbra şəhərinə (Portuqaliya) gedərək, iyulun 7-8-də keçiriləcək daha bir dünya kuboku yarışlarında güclərini sınayacaqlar.
Bizim.Media
- A-
- A
- A+
İdman
11:41 / 05.07.2023
Gimnastımız dünya kuboku yarışlarının qalibi oldu
Hazırda oxunan: Gimnastımız dünya kuboku yarışlarının qalibi oldu
Hazırda oxunan: Gimnastımız dünya kuboku yarışlarının qalibi oldu
144655
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.