Türkiyə KİV: SOCAR “Qalatasaray”ın sponsoru olub

Türkiyə KİV: SOCAR “Qalatasaray”ın sponsoru olub

Hazırda oxunan: Türkiyə KİV: SOCAR “Qalatasaray”ın sponsoru olub

144566

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) "Qalatasaray"ın sponsorlarından biri olması barədə iddia yayılıb. 

Bizim.Media xəbər verir ki, bu haqda Türkiyənin bir neçə nüfuzlu media qurumu "Milliyet" nəşrinin jurnalisti Nevzat Dindara istinadən məlumat yayıb.  

Bildirilir ki, "Qalatasaray"ın avrokubok matçlarında geyinəcəyi formalarının üzərində SOCAR yazısı yer alacaq. İstanbul təmsilçisi bu razılıq sayəsində illik 5 milyon dollar qazanacaq. 
“Qalatasaray” və SOCAR-dan bununla əlaqədar hələlik açıqlama verilməyib. 

Qeyd edək ki, 2022/23 mövsümündə Türkiyə Superliqasının çempionu olan "Qalatasaray" ölkədaxili matçlar üçün "Sixt Rent A Car" ilə (illik 195 milyon türk lirəsi), stadion sponsorluğu üçün isə "Rams Global" ilə (illik 213,6 milyon türk lirəsi) anlaşıb. 

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO