Braziliyalı müdafiəçi rəsmən “Qəbələ”də - FOTO

Braziliyalı müdafiəçi rəsmən “Qəbələ”də - FOTO

Hazırda oxunan: Braziliyalı müdafiəçi rəsmən “Qəbələ”də - FOTO

144200

“Qəbələ” növbəti transferini gerçəkləşdirib. 

Bizim.Media xəbər verir ki, 2023/24 mövsümünün transfer çalışmalarını davam etdirən “qırmızı-qaralar” Lukas Afrikonu heyətinə qatıb.

28 yaşlı mərkəz müdafiəçisi ilə 1+1 illik müqavilə imzalanıb. Son iki mövsümdə Portuqaliya təmsilçisi “Eştoril”in şərəfini qoruyan braziliyalı futbolçu “San Bernardo” klubunun yetirməsidir. O, vətənində “Flamenqo”, “Santos”, “Londrina”nın formasını geyinib.
2018-ci ildə Portuqaliyaya transfer olunan Lukas “Maritimo” və “Eştoril”də çıxış edib. Müdafiəçi artıq Qəbələdə komanda ilə məşqlərə qoşulub. 

Xatırladaq ki, “Qəbələ” Afrikoya qədər Ahmed Ayzaya və Zurab Oçiqavanı da heyətinə qatıb.


Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO