Azərbaycan Avropa Oyunlarında daha bir qızıl medal qazandı - VİDEO

Azərbaycan Avropa Oyunlarında daha bir qızıl medal qazandı - VİDEO

Hazırda oxunan: Azərbaycan Avropa Oyunlarında daha bir qızıl medal qazandı - VİDEO

144147

Azərbaycan kikboksçusu Fərid Ağamoğlanov Polşada təşkil olunan III Avropa Oyunlarında qızıl medal qazanıb.

Bizim.Media xəbər verir ki, full-kontakt növündə 63.5 kq-da mübarizə aparan idmançı finalda İtaliya təmsilçisi Damiano Salvatore Tramontana ilə üz-üzə gəlib.

Rəqibinə aşkar üstünlüklə - 3:0 qalib gələn kikboksinqçi fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Qeyd edək ki, bu, Avropa Oyunlarında Azərbaycan komandasının üçüncü qızıl medalı olub. Daha əvvəl karateçilər İrina Zaretskaya və Tural Ağalarzadə hamıdan güclü olmağı bacarıblar.
 

Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO