Bu gün Polşada keçirilən III Avropa Oyunlarına yekun vurulacaq.
Bizim.Media xəbər verir ki, iyulun 2-də sonuncu 31 medal dəsti sahibini tapacaq.
Avropa Oyunlarının sonuncu - 12-ci günündə tamaşaçılar 5 növdə mübarizəyə şahid olacaqlar. Boks, atıcılıq, kanoe-slalom, badminton və kikboksinq yarışlarının yekunlaşmasından sonra Avropa Oyunlarının bağlanış mərasimi baş tutacaq.
Azərbaycan idmançıları son gündə üç növdə gücünü sınayacaq. Təmsilçilərimiz atıcılıq, boks və kikboksinqdə medallar üçün yarışacaq.
2 iyul
Atıcılıq
11:00. Qadın komandalar, trap, təsnifat mərhələsi
Azərbaycan (Aydan Camalova, Ülviyyə Eyvazova, Alina Rafixanova)
17:00. Qadın komandalar, trap, final mərhələsi
Kikboksinq
13:15. Kişilər, full kontakt, 63,5 kq, final
13:15. Kişilər, full kontakt, 63,5 kq, final
Fərid Ağamoğlanov - Damiano Tramontana (İtaliya)
Boks
16:15. Kişilər, +92 kq, final
Məhəmməd Abdullayev - Delişes Ori (Böyük Britaniya).
Bizim.Media
- A-
- A
- A+
İdman
10:32 / 02.07.2023
Bu gün III Avropa Oyunlarına yekun vurulacaq
Hazırda oxunan: Bu gün III Avropa Oyunlarına yekun vurulacaq
Hazırda oxunan: Bu gün III Avropa Oyunlarına yekun vurulacaq
144123
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.