Teymur Rəcəbov və Şəhriyar Məmmədyarov FIDE reytinqində irəlilədi

Teymur Rəcəbov və Şəhriyar Məmmədyarov FIDE reytinqində irəlilədi

Hazırda oxunan: Teymur Rəcəbov və Şəhriyar Məmmədyarov FIDE reytinqində irəlilədi

144113

Beynəlxalq Şahmat Federasiyası (FIDE) iyul ayı üçün reytinq cədvəlini açıqlayıb.

Bizim.Media xəbər verir ki, Teymur Rəcəbov (2 747 xal) 1 pillə irəliləyərək 12-ci sıraya yüksəlib. Şəhriyar Məmmədyarov (2 742 xal) isə 15-ci pillədən 14-cü yerə yüksəlib.

Qədir Hüseynov (2 661) 3 pilləlik sıçrayışla əvvəlki mövqeyinə - 83-cü sıraya qalxıb.

Siyahıya yenə də norveçli Maqnus Karlsen (2 853) başçılıq edir. İkinci və üçüncü pillələrdə isə ABŞ təmsilçiləri Hikaru Nakamura (2 787) və Fabiano Karuana (2 782) qərarlaşıb.

Qadın şahmatçılardan Günay Məmmədzadə (2 448) 26-cı, Ülviyyə Fətəliyeva (2 401) 53-cü, Xanım Balacayeva (2 368) 79-cu, Gülnar Məmmədova (2 357) 86-cı, Gövhər Beydullayeva (2 355) 92-ci sırada yer alıb.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO