“Qarabağ” bu gün “Legiya” ilə qarşılaşacaq

“Qarabağ” bu gün “Legiya” ilə qarşılaşacaq

Hazırda oxunan: “Qarabağ” bu gün “Legiya” ilə qarşılaşacaq

144015

Yeni mövsüm üçün hazırlıqlarını Avstriyada davam etdirən “Qarabağ” bu gün növbəti yoxlama oyununa çıxacaq.  

Bizim.Media xəbər verir ki, Ağdam təmsilçisi Polşa “Legiya”sı ilə üz-üzə gələcək.  

“Kössen Arena”dakı görüş Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.  

Xatırladaq ki, “Qarabağ” 2020-ci ildə, Vətən Müharibəsinin getdyi dövrdə “Legiya” ilə Avropa Liqasının pley-off mərhələsində qarşılaşmışdı. Pandemiyaya görə bir oyundan ibarət həmin mərhələdə Ağdam təmsilçisi Varşavada 3:0 hesabı ilə qalib gələrək qrupa yüksəlmişdi.

“Qarabağ” bu yay Avstriyadakı ilk yoxlama oyununda Macarıstan “Ferentsvaroş”u ilə heç-heçə edib – 3:3. Komanda iyulun 4-də ÇSKA (Sofiya, Bolqarıstan) ilə də qarşılaşacaq. 

Yoxlama oyunu 

1 iyul 

20:00. Qarabağ – Legiya 
“Kössen Arena” 

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO