Qılıncoynatma millimiz Avropa Oyunlarında 6-cı OLDU - FOTO

Qılıncoynatma millimiz Avropa Oyunlarında 6-cı OLDU - FOTO

Hazırda oxunan: Qılıncoynatma millimiz Avropa Oyunlarında 6-cı OLDU - FOTO

143929

Qılıncoynatmanın sablya növü üzrə qadınlardan ibarət milli komandamız Polşada keçirilən 3-cü Avropa Oyunlarında çıxışını başa vurub. 

Bizim.Media xəbər verir ki, Anna Başta, Səbinə Kərimova, Valeriya Bolşakova və Palina Kaspiaroviçdan ibarət kollektiv ən güclü səkkizliyə yüksəlmək uğrunda keçirilən görüşdə Rumıniya yığmasına 45:42 hesabı ilə qalib gəlib.

Millimiz yarımfinala yüksəlmək uğrunda keçirilən görüşdə İtaliya seçmə kollektivinə 42:45 hesabı ilə uduzaraq 5-8-ci yerlər uğrunda mübarizə aparıb. 

Yunanıstanı 45:29 hesabı ilə məğlub edən sablyaçılarımız 5-ci yer uğrunda keçirilən qarşılaşmada İspaniya komandasına 42:45 hesabı ilə uduzaraq Avropa çempionatını 6-cı sırada başa vurub.








Rəşad Rafiqoğlu, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO