Şəkili şahmatçılar Avropa çempionatına vəsiqəni təmin ediblər

Şəkili şahmatçılar Avropa çempionatına vəsiqəni təmin ediblər

Hazırda oxunan: Şəkili şahmatçılar Avropa çempionatına vəsiqəni təmin ediblər

143818

Bu günlərdə Bakıda sahmat üzrə 8-10-12-14-16-18 yaşlı oğlanlar və qızlar arasında Azərbaycan birinciliyi keçirilib.  

Bu barədə Bizim.Media-nın yerli bürosuna Şəki Şəhər Uşaq-Gənclər İdman-Şahmat Məktəbindən məlumat verilib.  

Bildirilir ki, paytaxtda keçirilən ölkə birinciliyində Şəkini təmsil edən şahmatçılar – FİDE Ustası (FM) Süleyman Süleymanlı və İslam Hacıalıyev, öz yaş qruplarında (müvafiq olaraq 18 və 16 yaş-red) ikinci yerləri tutaraq Avropa çempionatına vəsiqə qazanıblar.  
Qeyd edək ki, turnirdə digər yaş qruplarında Şəki Şəhər Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin daha 3 yetirməsi iştirak edib. Lakin onlar zəif nəticə göstəriblər.  

Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO