“Cəmiyyətimizin sağlam olması bizim üçün çox vacibdir. Bunun üçün tədbirlərimizin əksəriyyəti kütləviliyə yönəlib. Bu baxımdan regionlarda müəyyən tədbirlər həyata keçirilir”.
Bizim.Media xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının gənclər və idman naziri Fərid Qayıbov iyunun 27-də Bakıda Bədən Tərbiyəsi və İdman üzrə Nazirlərin və Yüksək Vəzifəli Şəxslərin VII Beynəlxalq Konfransının (MINEPS VII) açılış mərasimindən sonra təşkil olunan mətbuat konfransında deyib.
Mingəçevirdə “Fit for life” layihəsinin digər ölkələr üçün təqdimatının keçiriləcəyini vurğulayan nazir bildirib:
“Təbii ki, belə kütləvi layihələrin sayı daha çox olmalıdır. Biz uşaqdan-böyüyədək hər kəsi düşünüb tədbirlərimizi o istiqamətdə təşkil etməliyik”.
Bizim.Media
- A-
- A
- A+
İdman
00:00 / 28.06.2023
Fərid Qayıbov: "Cəmiyyətimizin sağlam olması bizim üçün çox vacibdir"
Hazırda oxunan: Fərid Qayıbov: "Cəmiyyətimizin sağlam olması bizim üçün çox vacibdir"
Hazırda oxunan: Fərid Qayıbov: "Cəmiyyətimizin sağlam olması bizim üçün çox vacibdir"
143617
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.