Azərbaycan boksçusu Məhsəti Həmzəyeva-Ağamalıyeva Polşada keçirilən III Avropa Oyunlarında mübarizəyə başlayıb.
Bizim.Media xəbər verir ki, 57 kiloqram çəki dərəcəsində mübarizə aparan yığmamızın üzvü səkkizdəbir finalda Ermənistan idmançısı Tatevik Xaçatryan ilə qarşılaşıb.
Görüş M.Həmzəyeva-Ağamalıyevanın inamlı qələbəsi ilə başa çatıb. Erməni rəqibinə heç bir şans verməyən boksçumuz 5:0 (29:28, 30:27, 30:27, 30:27, 30:27) hesabı ilə qalib gəlib.
Bununla da Avropa Oyunlarında dörddəbir finala yüksələn Azərbaycan boksçularının sayı dördə çatıb. Məhsəti Həmzəyeva-Ağamalıyevadan əvvəl Sərxan Əliyev (71 kq), Murad Allahverdiyev (80 kq) və Məhəmməd Abdullayev (+92 kq) dörddəbir finala vəsiqəni təmin ediblər.
Dörddəbir final döyüşləri iyunun 28-də keçiriləcək.
Bizim.Media
- A-
- A
- A+
İdman
21:36 / 27.06.2023
Boksçumuz III Avropa Oyunlarında erməni rəqibinə QALİB GƏLDİ - FOTO
Hazırda oxunan: Boksçumuz III Avropa Oyunlarında erməni rəqibinə QALİB GƏLDİ - FOTO
Hazırda oxunan: Boksçumuz III Avropa Oyunlarında erməni rəqibinə QALİB GƏLDİ - FOTO
143597
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.