Rafael Ağayev

Rafael Ağayev "Karate Combat"da növbəti qələbəsini qazandı - FOTO/VİDEO

Hazırda oxunan: Rafael Ağayev "Karate Combat"da növbəti qələbəsini qazandı - FOTO/VİDEO

143222

Azərbaycanın karate üzrə 5 qat dünya və 11 qat Avropa çempionu Rafael Ağayev peşəkarların mübarizə apardığı "Karate Combat" turnirində növbəti döyüşünü keçirib.

Bizim.Media xəbər verir ki, Tokio-2020 Yay Olimpiya Oyunlarının gümüş mükafatçısı ABŞ-dan olan Coş Kuayhagenlə qarşılaşıb.

Florida ştatının Mayami şəhərində baş tutan döyüş Ağayevin qələbəsi ilə başa çatıb.

Turnirdə iştirak edən Azərbaycanın digər karateçisi Şahin Atamov isə fransalı Kenci Qrillona məğlub olub.

Qeyd edək ki, Rafael Ağayev "Karate Combat" turnirində 2018-ci ildə debüt edib.

Bizim.Media
 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO