Taekvondoçumuz Avropa Oyunlarında mübarizəni dayandırdı

Taekvondoçumuz Avropa Oyunlarında mübarizəni dayandırdı

Hazırda oxunan: Taekvondoçumuz Avropa Oyunlarında mübarizəni dayandırdı

143183

Bu gün Azərbaycanın daha bir taekvondoçusu – Cavad Ağayev də Polşada təşkil olunan 3-cü Avropa Oyunlarında mübarizəyə qoşulub.  

Bizim.Media xəbər verir ki, 68 kq çəki dərəcəsində çıxış edən idmançı 1/8 final mərhələsində Konstantinos Camalidislə (Yunanıstan) üz-üzə gəlib.  

Ağayev rəqibinə 1:2 hesabı ilə uduzub. Camalidis finala vəsiqə qazansaydı, Azərbaycan təmsilçisi təsəlliverici görüşə qatılacaqdı.

Lakin o da 1/4 finalda uduzduğu üçün, Cavad üçün mübarizə başa çatıb. Xatırladaq ki, daha əvvəl Azərbaycan taekvondoçularından Səyyad Dadaşov (54 kq) gümüş, Qaşım Maqomedov (58 kq) bürünc medal əldə edib. 

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO