Cüdoçularımız “Böyük Dəbilqə”də medalsız qaldı

Cüdoçularımız “Böyük Dəbilqə”də medalsız qaldı

Hazırda oxunan: Cüdoçularımız “Böyük Dəbilqə”də medalsız qaldı

143097

Azərbaycanın daha üç cüdoçusu Monqolustanın paytaxtı Ulan-Batorda keçirilən “Böyük Dəbilqə”ni medalsız başa vurub. 

Bizim.Media xəbər verir ki, 73 kq çəki dərəcəsində mübarizə aparan idmançılardan Nurlan Osmanov təsəlliverici görüşdə Vallteri Olinə (Finlandiya), İbrahim Əliyev eyni raundda yerli cüdoçu Erdenebayar Batzayaya uduzub.

81 kq-dakı Zelim Tçkayev ilk dueldə Conqhun Vona (Cənubi Koreya) yenilərək mübarizəni dayandırıb. Daha əvvəl Yaşar Nəcəfov (66 kq) bürünc medal qazanıb. “Böyük Dəbilqə” iyunun 25-də başa çatacaq. 

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO