Azərbaycan III Avropa Oyunlarında növbəti medalını qazanıb

Azərbaycan III Avropa Oyunlarında növbəti medalını qazanıb

Hazırda oxunan: Azərbaycan III Avropa Oyunlarında növbəti medalını qazanıb

143029

Azərbaycan taekvondoçusu Səyyad Dadaşov Polşada təşkil olunan III Avropa Oyunlarını ikinci pillədə başa vurub. 

Bizim.Media xəbər verir ki, 54 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançımız finalda Huqo Arillo Vaskes (İspaniya) ilə qarşılaşıb. Rəqibinə məğlub olan (3:0, 3:11, 9:7) taekvondoçumuz gümüş medalla kifayətlənib. 

Qeyd edək ki, S.Dadaşov səkkizdəbir finalda Xalid Abdel Halim (Almaniya) ilə qarşılaşıb. Taekvondoçumuz ilk hissədə 8:4 hesablı qələbə qazanıb. O, ikinci raundu da xeyrinə başa vurub - 6:5. Bu qələbə ilə təmsilçimiz dörddəbir finala adlayıb.  
İdmançımız növbəti qarşılaşmasında Lübomir Boqdanovla (Bolqarıstan) döyüşüb. 10:5, 10:5 hesabı ilə qalib gələn həmyerlimiz yarımfinala yüksəlib. O, bu mərhələdə isveçli Ebrahim Marvanla üz-üzə gəlib. 8:2, 7:3 hesabı ilə üstün olan idmançımız finala vəsiqə qazanıb. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO