Atletlərimiz Avropa Oyunlarından əliboş QAYIDIR 

Atletlərimiz Avropa Oyunlarından əliboş QAYIDIR 

Hazırda oxunan: Atletlərimiz Avropa Oyunlarından əliboş QAYIDIR 

142850

Azərbaycan atletləri Polşada keçirilən III Avropa Oyunlarında çıxışlarını başa vurublar.

Bizim.Media xəbər verir ki, son gündə 6 idmançı fərdi çıxış edib.  

Anna Yusupova 1500 metr məsafəni 4:38.00-a qaçaraq 6-cı yeri tutub. İsmayıl Əliyev nüvə itələmədə (15.84 m) ən yaxşı 7-ci, Fəxriyə Tağızadə isə uzunluğa tullanmada (5,14 m) 9-cu nəticəni göstərib. İlahə Quliyeva qadınlarda, Aleksey Əliəkbərov kişilərdə 200 metr məsafəyə qaçışda qüvvəsini sınayıb.  

Hər iki idmançı müvafiq olaraq 25,33 və 22,25 saniyəlik nəticə ilə 10-cu olub. Elman Abışov 5000 m məsafəni 16:26,70 dəqiqəyə qət edərək, 14 iştirakçı arasında cəmi iki nəfəri qabaqlaya bilib. Cavid Məmmədov, Lamiyə Vəliyeva, Əli Abdıyev və İlahə Quliyevadan ibarət Azərbaycan yığması isə 4×400 metr məsafəyə qarışıq estafeti 3:31,55 dəqiqəyə tamamlayıb və 7-ci yerlə kifayətlənib.  
Qeyd edək ki III Avropa Oyunları iyulun 2-də başa çatacaq. 

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO