Neftçi”nin rəqibi ev oyununu Bakıya saldı

Neftçi”nin rəqibi ev oyununu Bakıya saldı

Hazırda oxunan: Neftçi”nin rəqibi ev oyununu Bakıya saldı

142831

"Neftçi"nin UEFA Konfrans Liqasının II təsnifat mərhələsindəki potensial rəqibləri olan Bosniya və Herseqovina "Jelezniçar"ı ilə Belarusun "Dinamo" (Minsk) klubları arasında cavab oyununun Bakıda keçiriləcəyi dəqiqləşib.  

Bizim.Media xəbər verir ki, bu barədə "klix.ba" məlumat yayıb. 

I təsnifat mərhələsinin cavab qarşılaşması "Qarabağ"a məxsus "Azersun Arena"da oynanılacaq..  

"Minsk "Dinamo"su avrokubok matçlarını Belarus ərazisində keçirə bilmir. "Jelezniçar"la ev oyunu üçün İsrailin "Netanya" şəhərindəki stadionu seçilsə də, sonradan cavab görüşü üçün stadion "Azersun Arena"ya dəyişdirilib. Qarşılaşma iyulun 20-də keçiriləcək. İlk görüş isə iyulun 13-də olacaq. "Jelezniçar" "Dinamo"nu keçərsə, "Neftçi" ilə qarşılaşmaq üçün yenidən Bakıya gəlməli olacaq.  
Qeyd edək ki, "Neftçi" Konfrans Liqasının II təsnifat mərhələsində bu cütün qalibi ilə qarşılaşacaq. Oyunlar iyulun 27-də və avqustun 3-də keçiriləcək. 

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO