“Sabah” Mərakeş millisinin üzvünü TRANSFER EDİR 

“Sabah” Mərakeş millisinin üzvünü TRANSFER EDİR 

Hazırda oxunan: “Sabah” Mərakeş millisinin üzvünü TRANSFER EDİR 

142822

Ölkəmizi Konfrans Liqasında təmsil edəcək "Sabah" heyətinə yeni legioner cəlb etməyi planlaşdırır.  

Bizim.Media xəbər verir ki, Masazır təmsilçisi yaxın vaxtlarda İspaniyanın “Ponferradina” klubunun müdafiəçisi Sofyan Şakla müqavilə imzalayacaq. 

29 yaşlı mərkəz müdafiəçisinin xidmətində "Sabah"dan savayı, İspaniyanın "Rasinq" və "Mirandes" klubları da maraqlıdır. Lakin Mərakeş yığmasının futbolçusu “Sabah” variantına üstünlük vermək qərarına gəlib.
Qeyd edək ki, Şakla bundan əvvəl İspaniyada "Vilyarreal", "Xetafe", Belçikanın "Löven” və Macarıstanın “MOL Vidi Fehervar” klublarında da çıxış edib. 

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO