Voleybol millimiz qitə çempionatına hazırlaşır - FOTO 

Voleybol millimiz qitə çempionatına hazırlaşır - FOTO 

Hazırda oxunan: Voleybol millimiz qitə çempionatına hazırlaşır - FOTO 

142654

Qadın voleybolçulardan ibarət Azərbaycan milli komandasının Avropa çempionatına hazırlığı davam edir.  

Bizim.Media xəbər verir ki, təlim-məşq toplanışına Bakıda start verən yığmamız fiziki məşqlərin ardından artıq toplarla məşqlərə keçib.  

Məşqlər hər gün baş məşqçi Ataman Güneyligilin rəhbərliyi ilə Voleybol Mərkəzində təşkil olunur. Türkiyəli mütəxəssisə yerli məşqçilərimiz Emin Əbilov və Famil Ağayev də kömək edir.

Komandamızın hazırlığının növbəti mərhələlərinin ölkə xaricində keçirilməsi nəzərdə tutulur.

Qeyd edək ki, 33-cü Avropa çempionatı bu il 15 avqust-3 sentyabr tarixlərində Belçika, İtaliya, Almaniya və Estoniyanın birgə ev sahibliyi ilə keçiriləcək. Azərbaycan millisi ardıcıl 10-cu dəfə qitənin ən nüfuzlu turnirində iştirak edəcək. Komandamız Almaniyanın ev sahibi olduğu C qrupunda yer alıb.  
Rəqiblərimiz meydan sahibi ilə yanaşı, Türkiyə, Çexiya, Yunanıstan və İsveç kollektivləridir. Qrup mərhələsində ilk dörd yeri tutacaq komandalar pley-off mərhələsinə yüksələcəklər. 


Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO