Federasiyada yeni vitse-prezidentlər seçilib 

Federasiyada yeni vitse-prezidentlər seçilib 

Hazırda oxunan: Federasiyada yeni vitse-prezidentlər seçilib 

142446

Azərbaycan Taekvondo Federasiyasının (ATF) İdarə Heyətinin növbəti iclası keçirilib. 

Bizim.Media xəbər verir ki, bu barədə federasiyanın mətbuat xidməti məlumat yayıb. 

Bildirilib ki, iclasda cari məsələlər müzakirə olunub. 

Həmçinin, qurumun fəaliyyətinin yüksəldilməsi və idarəetmədə səmərəliliyin artırılması məqsədilə federasiyanın prezidenti və İdarə Heyətinin sədri Kəmaləddin Heydərov vitse-prezidentlərin say tərkibinin artırılmasını təklif edib, Hikmət Səmədovla Elşən Ələkbərovun bu vəzifə üçün namizədliklərini irəli sürüb. 
Azərbaycan Taekvondo Federasiyasının Ümumi Yığıncağında təkliflər səsə qoyularaq qəbul edilib. 

Beləliklə, hər iki şəxs qurumun yeni vitse-prezidentləri seçiliblər. 

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO