“Səbail” rəhbərliyində istefa

“Səbail” rəhbərliyində istefa

Hazırda oxunan: “Səbail” rəhbərliyində istefa

142367

Bu gün “Səbail” Futbol Klubunun Müşahidə Şurasının növbəti iclası keçirilib. 

Bizim.Media xəbər verir ki, icraçı direktor Fərəc Əliyev və baş məşqçi Şahin Diniyevin də iştirak etdiyi iclasda “Səbail” FK-nın əsas komandasının növbəti mövsümə hazırlıqla bağlı planları müzakirə olunub, görülmüş işlər barədə fikir mübadiləsi aparılıb.

İcraçı direktor Fərəc Əliyev ötən mövsüm “Səbail” FK-nın bir o qədər də uğurlu çıxış etməməsini əsas gətirərək tutduğu vəzifədən istefa verdiyini bildirib. Müşahidə Şurası istefanı qəbul edib.

Yeni icraçı direktorun təyinatına qədər qeyd olunan vəzifənin icrasının müvəqqəti olaraq Fərəc Əliyev tərəfindən həyata keçirilməsi ilə bağlı qarşılıqlı razılıq əldə olunub.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO