Bakıda “Landau” Şahmat Festivalı başladı - FOTO

Bakıda “Landau” Şahmat Festivalı başladı - FOTO

Hazırda oxunan: Bakıda “Landau” Şahmat Festivalı başladı - FOTO

142013

Gənclər və İdman, Elm və Təhsil nazirliklərinin və Azərbaycan Şahmat Federasiyasının dəstəyi, “LANDAU School” Təhsil Kompleksinin təşkilatçılığı ilə “Landau” Şahmat Festivalına start verilib.

Bu barədə Bizim.Media-ya Azərbaycan Şahmat Federasiyasından məlumat verilib.

Sayca ikinci dəfə baş tutan “Landau” Şahmat Festivalının açılış mərasimində Azərbaycan Şahmat Federasiyasının prezidenti, Beynəlxalq Şahmat Federasiyasının vitse-prezidenti Mahir Məmmədov, Elm və Təhsil Nazirliyinin şöbə müdiri Elnur Əliyev, “LANDAU School”un İdarə Heyətinin üzvü Timur Leznik çıxış edərək turnirin ölkədə şahmatın inkişafına və yeniyetmələrin bu idman növünə olan marağının artmasına dəstək olduğunu bildiriblər.

Sonra yarışda 1-ci turun oyunlarına start verilib. Qeyd edək ki, festivalın baş hakimi Elşad Abdullayevdi.

İyunun 24-də başa çatacaq turnir “LANDAU School”un “Sea Breeze” korpusunda təşkil olunur. Yarışlar 8,10,12,14 yaşadək oğlan və qızlar arasında – 4 müxtəlif yaş qruplarında keçirilir. Reqlamentə əsasən İsveçrə sistemi ilə təşkil olunan yarış 8 turdan ibarətdir.

Qızlar və oğlanlar arasında hər yaş qrupunda ilk 3 yeri tutan iştirakçılar diplomlarla mükafatlandırılacaq.

Hər yaş qrupunda oğlanlar və qızlar arasında I yeri tutan şahmatçılar “LANDAU School” tərəfindən sentyabrın 4-dın 14-dək Rumıniyanın Mamaya şəhərində keçiriləcək yeniyetmələrin Avropa çempionatında ölkəmizi təmsil edəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO