“Araz Naxçıvan” Bakıya köçür – Stadionunda problemlər var

“Araz Naxçıvan” Bakıya köçür – Stadionunda problemlər var

Hazırda oxunan: “Araz Naxçıvan” Bakıya köçür – Stadionunda problemlər var

142006

Gələn mövsüm Premyer Liqada iştirakı rəsmiləşən “Araz Naxçıvan”ın stadionla bağlı ciddi problemləri var. Naxçıvandakı arenanın ot örtüyü dəyişdirilib, süni örtüklə əvəzlənməlidir.

Bundan başqa, işıqlandırma sistemi də standartlara cavab vermir. Bizim.Media xəbər verir ki, peşəkar Futbol Liqası debütant komandaya yeni mövsümün startına kimi problemləri aradan qaldırmaq üçün vaxt verib.

Arena ilə bağlı dəyişiklər böyük vəsait tələb etdiyindən hələ ki, işlərə start verilməyib. Çox güman ki, “Araz Naxçıvan” çempionat başlayana kimi bu boşluqları aradan qaldıra bilməyəcək.

Naxçıvan təmsilçisi böyük ehtimalla mövsümün əvvəlində ev oyunlarını Bakıda – “Dalğa Arena”da keçirəcək.

Qeyd edək ki, ötən mövsümün əvvəlində “Kəpəz” də rəqiblərini adıçəkilən stadionda qəbul edirdi. Gəncə klubu sonradan Qəbələyə üz tutub.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO