Kaşuk İrlandiyaya qarşı oynadı

Kaşuk İrlandiyaya qarşı oynadı

Hazırda oxunan: Kaşuk İrlandiyaya qarşı oynadı

141838

“Sabah”ın üzvü Aleksey Kaşuk Ukraynanın gənclər millisində növbəti oyununa çıxıb.

Bizim.Media xəbər verir ki, Ukraynanın U-21 yığması yoxlama oyununda İrlandiyanın eyni yaş qrupu üzrə millisi ilə üz-üzə gəlib. Kaşuk meydana start heyətində çıxıb.  

Matçın gedişində ukraynanılar iki dəfə hesabda önə keçsələr də, yekunda heç-heçə qeydə alınıb - 2:2. Ukrayna millisi hər iki qolu penaltidən vurub.  

Qeyd edək ki, icarə əsasında çıxış etdiyi “Sabah”da uğurlu mövsüm keçirən Aleksey Kaşuku müqavilə ilə məxsus olduğu Donetsk “Şaxtyor”u heyətinə geri qaytarmaq istəyir. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO