Fərid Qayıbov: “Vahid formaların hazırlanmasında Belçika şirkəti bizə dəstək olub”

Fərid Qayıbov: “Vahid formaların hazırlanmasında Belçika şirkəti bizə dəstək olub”

Hazırda oxunan: Fərid Qayıbov: “Vahid formaların hazırlanmasında Belçika şirkəti bizə dəstək olub”

141832

“Dövlətimizin başçısı İlham Əliyev idmanla bağlı tapşırıqları var. Bunlardan biri də vahid idman formasının olması idi”. 

Bizim.Media xəbər verir ki, bu sözləri gənclər və idman naziri Fərid Qayıbov 2023-cü il üçün Azərbaycan milli komandalarının vahid idman geyim formasının təqdimat mərasimində jurnalistlərə müsahibəsində söyləyib. 

Nazir bildirib ki, vahid formanın ərsəyə gəlməsi üçün 1 ildən çox iş gedib. “Müxtəlif tanınmış brendlərlə işləmək fikrimiz var idi. Amma alınmadı. Sonda öz brendimiz haqqında düşündük və bizə Mənzər Hacıyeva kömək etdi. Onunla daha əvvəl də bir layihə üzərində çalışmışdıq.

Düşünürəm ki, çox uğurlu iş alınıb. Artıq idmançılarımızın gözəl və ən əsası keyfiyyətli idman geyimi var. Bütün federasiyalara, Olimpiya növləri üzrə milli komandalara paylanacaq. Birinci mərhələ üçün 200 ədəd gəlib. Gəmi ilə gəldiyi üçün digərlərini gözləməli olacağıq. Bütün idmançılarımız bu formalarla təmin ediləcək”, - o qeyd edib. 
“Vahid formaların hazırlanmasında Belçika şirkəti bizə dəstək olub. Formalar dünyanın müxtəlif fabriklərində tikilib. Həmin şirkət peşəkardır və hansı geyimin harada daha keyfiyyətli hazırlandığını bilir. Onlarla əməkdaşlıqdan razıyıq. Geyimlərin rahat olması hamının xoşuna gəlir. Bir az fərqli idman formasıdır. Bu işdə məşqçilərin, idmançıların da məsləhətlərini almışıq", - deyə nazir əlavə edib. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO