Albaniyanın paytaxtı Tiranada keçirilən U-17 Avropa çempionatı davam edir.
Bizim.Media xəbər verir ki, Azərbaycanın iki sərbəst güləşçisi turnirdə finala yüksəlib.
Hacı Kərimov (55 kq) yarımfinalda fransalı Ubayda İtayev üzərində inamlı qələbə qazanıb - 12:0.
110 kq-da Yusif Dursunov eyni mərhələdə türkiyəli Arda Gülerə 11:0 hesabı ilə qalib gəlib.
Həlledici matçda Kərimov Ermənistan təmsilçisi Samvel Gevorqyanla qarşılaşacaq. Dursunov isə Henrik Haykyanla (Ermənistan) üz-üzə gələcək.
Qeyd edək ki, daha əvvəl yunan-Roma güləşçilərindən Turan Daşdəmirov (45 kq) qızıl, Elnar Ziyadov (48 kq), Əli Seyidəlili (51 kq), Ayxan Cavadov (55 kq), Elmin Əliyev (80 kq) və Mahir Qurbanlı (110 kq) isə bürünc medal qazanıblar. Qadın güləşçilərdən isə Ruzanna Məmmədova Avropa ikincisi olub.
Bizim.Media
- A-
- A
- A+
İdman
22:31 / 16.06.2023
İki güləşçimiz finalda - Rəqibləri ermənilərdir
Hazırda oxunan: İki güləşçimiz finalda - Rəqibləri ermənilərdir
Hazırda oxunan: İki güləşçimiz finalda - Rəqibləri ermənilərdir
141821
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.