Ermənistan Bakıdakı dünya çempionatında iştirak üçün MÜRACİƏT ETDİ 

Ermənistan Bakıdakı dünya çempionatında iştirak üçün MÜRACİƏT ETDİ 

Hazırda oxunan: Ermənistan Bakıdakı dünya çempionatında iştirak üçün MÜRACİƏT ETDİ 

141635

Ermənistan avqustda Bakıda təşkil olunacaq atıcılıq üzrə dünya çempionatında iştirak etmək istəyir.  

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Atıcılıq Federasiyasından məlumat verilib.

Federasiyadan bildiriblər ki, iştirak üçün formanı hazırlayıb göndərən bütün komandalara eyni cavab verilib:

"Bu il Bakıda 60-dan çox ölkənin qatıldığı Dünya Kuboku gerçəkləşib. Həmin yarış böyük uğurla və hər kəsin təhlükəsizliyinin ən yüksək səviyyədə təmin olunması ilə baş tutub. 100-dən artıq ölkənin mübarizə aparacağı dünya çempionatının Bakıda keçirilməsi Azərbaycana göstərilən etimaddan irəli gəlir".  

Qeyd edək ki, yarış avqustun 14-dən sentyabrın 3-dək davam edəcək. 

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO