“Qalatasaray” futbolçusunu Fransa klubuna satdı

“Qalatasaray” futbolçusunu Fransa klubuna satdı

Hazırda oxunan: “Qalatasaray” futbolçusunu Fransa klubuna satdı

141631

Fransanın “Nant” klubu “Qalatasaray”dan icarəyə götürdüyü Mustafa Məhəmmədin transfer hüquqlarını alıb. 

Bizim.Media xəbər verir ki, bu barədə Liqa 1 təmsilçisi rəsmi saytı vasitəsilə məlumat yayıb.

Fransa klubu bunun üçün “Qalatasaray”a 5,75 milyon avro ödəyib. 25 yaşlı forvardla 4 illik müqavilə imzalanıb.

Mustafa Məhəmməd 2022-ci ilin yayında icarə əsasında keçdiyi “Nant”da 51 oyuna 11 qol vurub. Misir yığmasının üzvü “Qalatasaray”da da 58 matça çıxıb, 17 qola imza atıb.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO