De Byazi mətbuat konfransı keçirəcək

De Byazi mətbuat konfransı keçirəcək

Hazırda oxunan: De Byazi mətbuat konfransı keçirəcək

141573

AVRO-2024-ün seçmə mərhələsi çərçivəsində iyunun 17-də, “Dalğa Arena”da  keçiriləcək Azərbaycan – Estoniya oyunu ərəfəsində təşkil olunacaq mətbuat konfranslarının və mətbuat üçün açıq məşqlərin vaxtı dəqiqləşib.

Bizim.Media AFFA-ya istinadən xəbər verir ki, mətbuat qarşısına öncə Canni De Byazi çıxacaq.

İtaliyalı mütəxəssisin mətbuat konfransı iyunun 16-ı saat 11:00-da baş tutacaq. 11:30-da isə millimizin ilk 15 dəqiqəsi mətbuat üçün açıq məşqi keçiriləcək.

Estoniya millinin baş məşqçisi Tomas Heberli 17:30-da mətbuat önünə çıxacaq. Millimizin rəqibi 18:00-da ilk 15 dəqiqəsi mətbuat üçün açıq məşqinə çıxacaq.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO