Dünya Kuboku: Bir nömrəli şahmatçı Bakıya GƏLƏCƏK

Dünya Kuboku: Bir nömrəli şahmatçı Bakıya GƏLƏCƏK

Hazırda oxunan: Dünya Kuboku: Bir nömrəli şahmatçı Bakıya GƏLƏCƏK

141080

Dünyanın bir nömrəli şahmatçısı Maqnus Karlsenin Bakıda keçiriləcək Dünya Kubokunda iştirak edəcəyi təsdiqlənib.

Bizim.Media FIDE-nin rəsmi saytına istinadən xəbər verir ki, norveçli qrossmeyster iyulun 29-da start götürəcək yarışın ən reytinqli şahmatçısı olacaq.

Onunla yanaşı, rusiyalı Yan Nepomnyaşi də Dünya Kuboku uğrunda mübarizəyə qatılacaq.

Qadınlar arasında FIDE reytinqinin 2-3-cü yerlərində qərarlaşan Hampi Koneru (Hindistan) və Yu Venyun (Çin) da Bakıya gələcəklər.

Ümumilikdə 206 kişi şahmatçıdan 146-nın, qadınlarda isə 103 nəfərdən 71-nin Dünya Kubokunda iştirakı təsdiqlənib. İyulun 15-30-u aralığında digər namizədlər iştiraklarını təsdiqləməlidirlər.
Qeyd edək ki, yarış iyulun 29-dan avqustun 24-dək təşkil olunacaq. İyulun 29-da turnirin açılış mərasimi, ertəsi gün isə birinci turun görüşlərinin keçirilməsi planlaşdırılır. Dünya Kubokunun mükafat fondu 2,5 milyon dollardır. İlk üç yeri tutan qrossmeysterlər İddiaçılar Turnirinə vəsiqə qazanacaqlar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO