Emreli

Emreli "Qarabağ"dan ayrılır: Yeni klubunda illik maaşı bəlli oldu

Hazırda oxunan: Emreli "Qarabağ"dan ayrılır: Yeni klubunda illik maaşı bəlli oldu

141071
Azərbaycan millisinin və "Qarabağ"ın futbolçusu Mahir Emreli Polşanın "Legiya" (Varşava) klubu ilə razılıq əldə edib.

Sfera.az "Meczyki" nəşrinə istinadən xəbər verir ki, 24 yaşlı hücumçu yaxın günlərdə Varşava təmsilçisi ilə müqavilə imzalayacaq.

Nəşr danışıqların başa çatdığını və hər hansı daha sərfəli təklif olmasa, sözləşmənin tezliklə imzalanacağını bildirib. Emrelinin yeni klubunda qazanacağı məbləğ də açıqlanıb. Müqavilə bağlanacağı təqdirdə o, "Legiya"da illik 300 min avro maaş alacaq. Ölkə çempionu azərbaycanlı forvarda 3 illik müqavilə təklif edib.

Forvardın Rusiyanın "Ural" (Yekaterinburq) və Almaniyanın "Union" (Berlin) klublarından aldığı təkliflərin maddi cəhətdən daha yaxşı olduğu vurğulanıb. Lakin oyunçu Qərbi Avropaya yaxın klubda oynamaq və 1-2 iki il ərzində daha yaxşı komandaya keçmək niyyətindədir.

Qeyd edək ki, Mahir Emreli 2015-ci ildən "Qarabağ"ın formasını geyinir. Onun Ağdam təmsilçisi ilə müqaviləsi yayda başa çatacaq. 24 yaşlı hücumçu hazırda Premyer Liqada 16 qolla bombardirlik yarışında ikinci sıradadır. Emreli ilə Polşanın daha bir neçə klubu maraqlanır. // "Report"

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO