Millimizin iranlı baş məşqçisi İSTEFAYA GÖNDƏRİLDİ 

Millimizin iranlı baş məşqçisi İSTEFAYA GÖNDƏRİLDİ 

Hazırda oxunan: Millimizin iranlı baş məşqçisi İSTEFAYA GÖNDƏRİLDİ 

141059

Kişi taekvondoçulardan ibarət Azərbaycan milli komandasında baş məşqçi dəyişikliyi olub.  

Bizim.Media xəbər verir ki, yığma Polşanın Krakov şəhərində keçiriləcək 3-cü Avropa Oyunlarına yeni məşqçilər heyətinin rəhbərliyi altında yollanacaq.  

Əsas komanda müvəqqəti olaraq gənclərdən və yeniyetmələrdən ibarət millilərin baş məşqçilərinə həvalə edilib. Krakov-2023-də baş məşqçi Reza Mehmandost və böyük məşqçi Elnur Amanovu müvafiq olaraq, Məmməd Abdullayevlə Rəşad Məmmədov əvəzləyəcəklər. Onların qarşısına maksimum yüksək nəticə qazanmaq hədəfi qoyulub. 
Qadınlardan ibarət yığma isə Oyunlarda dayanq üzərinə baş məşqçi Sun Mi Park və böyük məşqçi Hyeyounq Çoinin rəhbərliyi altında çıxacaqlar. 

Azərbaycan Avropa Oyunlarında 8 taekvondoçu ilə təmsil olunacaq. Krakov-2023-də Səyyad Dadaşov (54 kq), Qaşım Maqomedov (58 kq), Cavad Ağayev (68 kq), Eltac Qafarov (74 kq), Taleh Süleymanov (87 kq), Minayə Əkbərova (46 kq), Patimat Abakarova (49 kq) və Fəridə Əzizova (67 kq) qüvvəsini sınayacaq. 

Komandaya ümumi rəhbərliyi Azərbaycan Taekvondo Federasiyasının vitse-prezidenti Niyaməddin Paşayev edəcək. Polşada ölkəmizi hakimi kimi isə beynəlxalq dərəcəli referi Aygül Abdullayeva təmsil edəcək. 

Avropa Oyunlarında taekvondo yarışları iyunun 23-26-da keçiriləcək. 

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO