Messi Pekində oteldən çıxa BİLMƏDİ - SƏBƏB

Messi Pekində oteldən çıxa BİLMƏDİ - SƏBƏB

Hazırda oxunan: Messi Pekində oteldən çıxa BİLMƏDİ - SƏBƏB

141049

Argentina milli futbol komandasının hücumçusu Lionel Messi Pekində qaldığı oteldən bayıra çıxa bilmir. Səbəb isə fanatların otelin girişinə toplaşmasıdır.

Bizim.Media xəbər verir ki, bu barədə Çinin "Global Times" nəşri yazıb.

Mənbə xatırladır ki, Messi Pekinə şənbə günü gəlib. Argentina millisi iyunun 15-də Çinin paytaxtında Avstraliya ilə yoldaşlıq görüşü keçirəcək.
Nəşq qeyd edir ki, Argentina millisi dünən axşam Pekindəki idman mərkəzlərindən birində məşq edəcəkmiş. Lakin otelin qarşısındakı fanatlar səbəbindən komanda bayıra çıxa bilməyib və məşq ləğv edilib.

Çinli azarkeşlərdən biri isə Messi ilə görüşmək üçün 10 000 yuandan (təxminən 1400 dollar) çox pul xərcləyərək paytaxtdakı dörd dəbdəbəli oteldə nömrə bron edib. 

Yeri gəlmişkən, çərşənbə günü argentinalı futbolçu "Mundo Deportivo"ya verdiyi müsahibədə karyerasını keçmiş İngiltərə kapitanı David Bekhemin sahibi olduğu "İnter Mayami"də davam etdirəcəyini deyib.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO