İtaliyalı velosipedçi Şuşada qələbəsindən DANIŞDI

İtaliyalı velosipedçi Şuşada qələbəsindən DANIŞDI

Hazırda oxunan: İtaliyalı velosipedçi Şuşada qələbəsindən DANIŞDI

140928

“Çox sevindirici haldır ki, "Əziz Şuşa" beynəlxalq velosiped yarışını qəzasız bitirdik. Ümumilikdə yarış çətin və maraqlı keçib. Qonaqlar ölkəmizdən, təşkilatçılıqdan məmnun qaldılar. Gələn il yenidən idmançıları Azərbaycanda görməkdən məmnun olarıq”.

Bizim.Media xəbər verir ki, bu sözləri Azərbaycan Velosiped Federasiyasının baş katibi Elnarə Musayeva Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş “Əziz Şuşa” beynəlxalq velosiped yarışının sonuncu mərhələsinə həsr olunmuş konfransda deyib.

Yarışın direktoru Roland Hofer bugünkü mərhələnin çətin, lakin çox maraqlı keçdiyini söyləyib.

“İlk dəqiqələrdə sürətli yarış oldu. Sonra dörd nəfərdən ibarət bir lider qrup formalaşdı, amma digər idmançılar onlara çatmağı bacardı. İdmançılar son yoxuşun çox çətin olduğunu bildirdilər. Şadam ki, yarış gözəl keçdi. Bu günlər ərzində bir komanda olaraq çox gözəl bir iş gördük. Hər şey yüksək səviyyədə təşkil olunmuşdu. Bakıya qayıdandan sonra gələn ilin yarışına hazırlaşacağıq”, - deyə yarışın direktoru əlavə edib.

Ümumi turnirin qalibi İtaliyanın “Team Technipes İnemiliaromagna” komandasının velosipedçisi Emanuele Ansaloni onun üçün mərhələnin çox vacib olduğunu deyib:

“Məqsədim qalib gəlmək idi və buna görə çox xoşbəxtəm. Komandama və təşkilat komitəsinə təşəkkürümü bildirirəm. Bundan sonra İtaliyada çempionata hazırlaşacağam. Ardından Rumıniya turu barədə düşünəcəyəm”.

Azərbaycan komandasının idmançısı Samir Cəbrayılov: “Qırmızı forma üçün sona qədər mübarizə aparacağıma söz vermişdim. Beyləqan camaatına təşəkkürümü bildirirəm. Bu, mənə əlavə enerji verdi. Bu formaya yiyələnmək istəyən bir neçə velosipedçi var idi. Amma mən də taktiki gedişlər etdim”.

Qazaxıstanın “Astana” klubunun üzvü Remxi Rudolf turnirin çox çətin və məsuliyyətli olduğunu etiraf edib:

“Öz nəticəmdən çox razıyam. Komandam bunun üçün mənə çox köməklik göstərdi. Bundan sonrakı planım Qazaxıstan çempionatına hazırlaşmaq və ardından Çindəki turnirdə çıxış etməkdir”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO