Lanqle \

Lanqle \"Barselona\"dan \"Tottenhem\"ə birdəfəlik keçir

Hazırda oxunan: Lanqle \"Barselona\"dan \"Tottenhem\"ə birdəfəlik keçir

140782

"Tottenhem"də icarə əsasında oynayan Kleman Lanqle klubda qalacaq. 

Bizim.Media xəbər verir ki, bu barədə "Diario Sport" məlumat yayıb.  

Müdafiəçi 2022/2023 mövsümünü icarə əsasında "Tottenhem"də keçirib. O, müqavilə ilə "Barselona"ya məxsusdur. Gələn həftə, klubların görüşəcəyi zaman tam transfer təşkil olunacaq. 
"Barselona" Lanqlenin transferindən 6 milyon avro qazanacaq. 

Müdafiəçinin "Tottenhem"ə keçidi ilə Kataloniya klubunun da xeyrinədir. Çünki maaş xərclərinin azalması feyr pley məsələlərinin nizamlanmasına kömək edəcək. 

Premyer Liqanın 2022/2023 mövsümündə Lanqle 26 matçda iştirak edib, qol vurmayıb, lakin 2 qolun ötürməsini verib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO