İngiltərə Premyer Liqası dayandırıla bilər - SƏBƏB

İngiltərə Premyer Liqası dayandırıla bilər - SƏBƏB

Hazırda oxunan: İngiltərə Premyer Liqası dayandırıla bilər - SƏBƏB

140749
İngiltərə Premyer Liqasında Ramazan ayında oruc tutan müsəlman futbolçulara görə axşam saatlarında keçirilən matçların müvəqqəti dayandırılması müzakirə olunur.

Sfera.az xəbər verir ki, bu addım oyunçuların iftarlarını aça bilməsi üçün nəzərdə tutulub.

Artıq çempionatda ilk belə hadisə baş verib. "Lester Siti" - "Kristal Pelas" görüşündə (2:1) referi oyunu saxlayaraq, meydan sahiblərindən Uesli Fofana və qonaqlardan Şeyxu Kuyatenin enerji içkisi qəbul etməsinə şərait yaradıb.

Daha əvvəl Premyer Liqada yalnız iki komandanın kapitanları oyundan öncə öz aralarında razılaşdıqları halda fasiləyə icazə verilirdi.

Çempionatın təşkilatçıları istəyirlər ki, Ramazan ayında müsəlman futbolçuların su və qida qəbul etməsi məsələsi hər qarşılaşmadan əvvəl ənənəvi müzakirə mövzusu olsun.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO