“Əziz Şuşa” veloturunun üçüncü mərhələsinə start VERİLDİ

“Əziz Şuşa” veloturunun üçüncü mərhələsinə start VERİLDİ

Hazırda oxunan: “Əziz Şuşa” veloturunun üçüncü mərhələsinə start VERİLDİ

140547

Gənclər və İdman Nazirliyi və Azərbaycan Velosiped Federasiyasının birgə təşkil etdiyi Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş “Əziz Şuşa” beynəlxalq velosiped yarışı davam edir. 

Bizim.Media xəbər verir ki, turnirin üçüncü mərhələsi Qəbələ Rayon İcra Hakimiyyətinin qarşısından start götürüb. 

Velosipedçilər Qəbələ-Ağdaş-Mingəçevir-Gəncə marşrutu üzrə 170 kilometr məsafə qət edəcəklər. 

Qeyd edək ki, elit yaş kateqoriyasında kişilərin mübarizə apardığı veloturun ikinci mərhələsinin qalibi Niderlandın "Universe Cycling Team" klubunun üzvü Luk Şurmans olub. Bolqarıstan milli komandasının üzvü Nikolay Genov ikinci, Çinin "China Glory Continental" klubunun velosipedçisi Julien Trarieux üçüncü yerə layiq görülüblər. 
Azərbaycan millisinin üzvlərindən Kamran Mirzəxanov böyük əzmkarlıq göstərərək pelotondan ayrılmağı bacarıb və finiş xəttini lider qrupun tərkibində keçib. İdmançımız 9-cu yerdə qərarlaşıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO