Futzal millimizin elit raunddakı rəqibləri bəlli oldu

Futzal millimizin elit raunddakı rəqibləri bəlli oldu

Hazırda oxunan: Futzal millimizin elit raunddakı rəqibləri bəlli oldu

140505

Final mərhələsi 2024-cü ildə keçiriləcək futzal üzrə dünya çempionatının elit-raund mərhələsinin püşkü atılıb.  

Bizim.Media xəbər verir ki, millimiz A qrupunda Qazaxıstan, Rumıniya və Niderland komandaları ilə mübarizə aparacaq.  

Bu mərhələnin oyunları 11-20 sentyabr, 2-11 oktyabr və 11-20 dekabr tarixlərində keçiriləcək.

Qeyd edək ki, Avropa zonasında qrup qalibləri (5 komanda) final mərhələsinə birbaşa vəsiqə qazanacaq.  

Ən yaxşı nəticəyə malik 4 ikinci yerin sahibi pley-off oyunlarında iştirak edəcək və qalib gələn iki komanda final mərhələsinə yüksələcək.  

A qrupu  

Qazaxıstan  
Rumıniya  
Azərbaycan  
Niderland 

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO