Bu mövsüm Türkiyə Super Liqasında çempion “Qalatasaray” olub.
Bizim.Media xəbər verir ki, Azərbaycanda “Cim-Bom” azarkeşlərindən biri də Heydər Əliyev Liseyinin 2-ci sinif şagirdi Ehtimad Nəsiblidir.
Bugünlərdə doğum gününü qeyd edən “Cim-Bom” fanatına ən böyük, gözlənilməz hədiyyə “Qalatasaray” prezidenti Dursun Özbekdən gəlib.
İstanbul klubunun başqanı Ehtimada sportinfo.az vasitəsilə öz təbriklərini çatdırıb:
”Əzizim, Ehtimad! Doğum gününü qeyd edirsən. Sağlam böyü, Azərbaycanda “Qalatasaray” azarkeşlərinin daha da çoxalmasında yaxından iştirak et, “Cim-Bom”lu olmasına vasitəçilik et. “Qalatasaray”lı olmağınla qürur duy. Təbrik edirəm, doğum günün mübarək olsun, Ehtimadım mənim”.
Bizim.Media