"Vest Hem" UEFA Konfrans Liqasının qalibi oldu

Hazırda oxunan: "Vest Hem" UEFA Konfrans Liqasının qalibi oldu

140350

UEFA Konfrans Liqasında 2022/2023 mövsümünə yekun vurulub.

Bizim.Media xəbər verir ki, turnirin final oyununda İtaliyanın "Fiorentina" və İngiltərənin "Vest Hem" klubları üz-üzə gəliblər. Çexiyanın paytaxtı Praqadakı "Eden Arena"da keçirilən görüşdə rəqibinə 2:1 hesabı ilə qalib gələn London təmsilçisi titula sahib çıxıb.

İlk qolu 62-ci dəqiqədə "Vest Hem"dən Səid Benrahma vurub. Əlcəzairli hücumçu penaltini dəqiq yerinə yetirib. Cəmi 5 dəqiqə sonra "Fiorentina" tarazlığı bərpa edib.

Cakomo Bonaventura hesabı bərabərləşdirib. Son nöqtəni isə 90-cı dəqiqədə Carrod Bouen qoyub.

UEFA Konfrans Liqası

Final

7 iyun

23:00. "Fiorentina" (İtaliya) - "Vest Hem" (İngiltərə) - 1:2

Qollar: Cakomo Bonaventura, 67 - Səid Benrahma, 62 (penalti). Carrod Bouen, 90

Baş hakim: Karlos Del Serro (İspaniya)

Praqa, "Eden Arena"

Qeyd edək ki, Konfrans Liqasının ilk qalibi İtaliya "Roma"sı olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO