Kərim Benzema “Real Madrid

Kərim Benzema “Real Madrid"dən ayrılacaq

Hazırda oxunan: Kərim Benzema “Real Madrid"dən ayrılacaq

139641

"Qızıl top"un hazırkı sahibi, fransalı futbolçu Kərim Benzema mövsümün sonunda  "Real Madrid"i tərk edəcək.

Bizim.Media xəbər verir ki, Benzemanın komandası ilə vida mərasimi çərşənbə axşamı "kral klubu"nun prezidenti Florentino Peresin iştirakı ilə baş tutacaq.

“Real Madrid” öz kapitanı Kərim Benzema ilə parlaq və unudulmaz dövrü başa vurmağa razılaşıb. Klub ən böyük əfsanələrindən birinə minnətdarlığını və bütün sevgisini bildirmək istəyir. Benzemanın “Real Madrid”dəki karyerası davranış və peşəkarlıq nümunəsi olub və klubun dəyərlərini təcəssüm etdirir. Benzema gələcəyi ilə bağlı qərar vermək hüququnu qazanıb. “Real Madrid” həmişə onun evi olub və olacaq. Ona və bütün ailəsinə həyatının bu yeni mərhələsində ən yaxşısını arzulayırıq”, klubun yaydığı bəyanatda deyilir.

Daha əvvəl mətbuatda Səudiyyə Ərəbistanının “Əl-İttihad” klubu Benzemaya iki il müddətinə və ümumi məbləği 200 milyon avro olan müqavilə təklif etdiyini bildirmişdi.

Benzema 2009-cu ildən "Real Madrid"də çıxış edir. O, komanda ilə birlikdə 4 dəfə İspaniya çempionu, 3 dəfə ölkə kubokunun və 4 dəfə İspaniya Superkubokunun qalibi olub. O, həmçinin beş dəfə Çempionlar Liqasının və Klublararası Dünya Kubokunun qızıl medallarını alıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO