Gənclər və İdman Nazirliyi və Azərbaycan Atletika Federasiyasının təşkilatçılığı ilə Atletika üzrə böyüklər arasında Azərbaycan çempionatına start verilib.
Bizim.Media xəbər verir ki, açılış mərasimində çıxış edən Azərbaycan Atletika Federasiyasının prezidenti Cavid Qurbanov idmançılarımızı qarşıda nüfuzlu yarışlar gözlədiyini və bu səbəbdən ölkə çempionatının xüsusi əhəmiyyətə malik olduğunu bildirib.
Yarışda paytaxtın müxtəlif klub və cəmiyyətlərinin təmsilçiləri ilə yanaşı, Gəncə, Naxçıvan, Astara, Bərdə, İsmayıllı və Xızı idmançıları da mübarizə aparırlar.
Ölkənin ən güclü atletlərinin qatıldığı yarış Krakovda təşkil olunacaq III Avropa Oyunlarında iştirak edəcək heyətin müəyyənləşdirilməsi baxımından həlledici əhəmiyyət daşıyır.
Eyni zamanda Dünya Atletikasının qlobal təqvim platformasına yerləşdirilən 94-cü Azərbaycan çempionatı avqust ayında Budapeştin ev sahibliyi edəcəyi dünya çempionatı və digər nüfuzlu yarışlara reytinq xallarının qazanılması üçün önəm kəsb edir.
Qeyd edək ki, yarışın ən maraqlı məqamlarından biri qadınların 400 metr məsafəyə qaçışında yeni Azərbaycan rekordunun müəyhənləşməsidir. Buna 55,57 saniyə nəticə göstərən Lamiyə Vəliyeva nail olub.
Qaliblər
100 m. Qadınlar
Lamiyə Vəliyeva
100 m. Kişilər
Əlhəm Nağıyev
400 m. Kişilər
Cavid Məmmədov
400 m. Qadınlar
Lamiyə Vəliyeva ( 55.57 Azərbaycan rekordu)
1500 m. Kişilər
Elman Abışov
1500 m. Qadınlar
Anna Yusupova
Hündürlüyə tullanma. Kişilər
Nikita Neftyakov
Hündürlüyə tullanma. Qadınlar.
Ləman Hüseynova
400 m sədlərlə qaçış. Qadınlar
Ləman İsfəndiyarova
Nüvə itələmə. Kişilər
İsmayıl Əliyev
Nüvə itələmə. Qadınlar
Günel Hüseynova
Üç təkanla tullanma. Kişilər
Cabir Əliyev
Digər növlər üzrə qaliblər isə sabah müəyyənləşəcək.
Bizim.Media
- A-
- A
- A+
İdman
03:36 / 03.06.2023
Atletika üzrə yeni Azərbaycan rekordu müəyhənləşdi - FOTO
Hazırda oxunan: Atletika üzrə yeni Azərbaycan rekordu müəyhənləşdi - FOTO
Hazırda oxunan: Atletika üzrə yeni Azərbaycan rekordu müəyhənləşdi - FOTO
139443
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.