Gənclər və İdman Nazirliyi rəsmi maskotunu TƏQDİM ETDİ - FOTO 

Gənclər və İdman Nazirliyi rəsmi maskotunu TƏQDİM ETDİ - FOTO 

Hazırda oxunan: Gənclər və İdman Nazirliyi rəsmi maskotunu TƏQDİM ETDİ - FOTO 

139428

Gənclər və İdman Nazirliyi ölkə ictimaiyyətinə qurumun rəsmi maskotunu təqdim edib. Qızıl qartal formalı maskot “AZZİ” adlanır və öz unikal dizaynı, adı, forması, üzərindəki rəngləri ilə Qarabağ qartalını simvolizə edir. Bundan başqa, qartal Azərbaycan gəncləri və idmançılarına xas olan qorxmazlıq və cəsarət kimi keyfiyyətləri özündə təcəssüm etdirir. 

Bu barədə Bizim.Media Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. 

Layihənin təşəbbüskarı Gənclər və İdman Nazirliyidir, maskotun arxasındakı isə Skott Hesinqtondur.

Əslən amerikalı olan mütəxəssisin yaradıcı sahədə 20 ilə yaxın zəngin təcrübəsi vardır və o, ABŞ basketbol liqasının “Detroit Pistons”, “Orlando Magic” kimi komandalarında çalışıb. Xarici mütəxəssis tərəfindən maskotun təqdimatı bu sahəyə maraq göstərən yerli gənclərə töhfə verərək inkişafına dəstək olacaq. 

Qeyd edək ki, maskot apreldə də keçirilmiş Formula 1 Azərbaycan Qran-Prisinin fan zonasında ilk dəfə olaraq azarkeşləri salamlamışdı. Bundan başqa, idmansevərlər “AZZİ”ni paytaxtımızda növbəti iki gün ərzində davam edəcək taekvondo üzrə dünya çempionatında görə bilərlər.
Bu gün isə o, Heydər Əliyev adına İdman-Konsert Kompleksində buz meydançasının açılışında məktəbli uşaqların sevimli dostuna çevrilib. 






Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO