Bakıdakı dünya çempionatında növbəti günün qalibləri müəyyənləşdi

Bakıdakı dünya çempionatında növbəti günün qalibləri müəyyənləşdi

Hazırda oxunan: Bakıdakı dünya çempionatında növbəti günün qalibləri müəyyənləşdi

139415

Bakıda keçirilən taekvondo üzrə dünya çempionatında daha 2 çəki dərəcəsi üzrə mükafatçılar müəyyənləşib.  

Bizim.Media xəbər verir ki, yarışın 5-ci günündə qadınlar arasında 46 kq-da qızıl medal Lena Stoykoviçə (Xorvatiya) qismət olub.  

O, finalda Siken Kamonçanoku (Tailand) məğlub edib. Üçüncü yeri Ruka Okamoto (Yaponiya) və Vanq Xiaolu (Çin) tutub. Kişilər arasında 54 kq çəkidə dünya çempionu titulunu Tay-Jun Park (Cənubi Koreya) qazanıb.  

Gümüş medala Hüqo Arilyo Vaskes (İspaniya) layiq görülüb. “Üçlüy”ü Omonjon Otajonov (Özbəkistan) və Görkem Polat (Türkiyə) qapayıblar.

Bu çəkidə Azərbaycan millisinin idmançılarından Minayə Əkbərova (46 kq) 1/16 finalda Ruka Okamotoya (Yaponiya), eyni mərhələdə Səyyad Dadaşov (54 kq) isə Omonjon Otajonova (Özbəkistan) məğlub olub.  
Qeyd edək ki, mundiala iyunun 4-də yekun vurulacaq. 

Rəşad Rafiqoğlu, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO