Azərbaycan cüdoçusu Turan Bayramov Tacikistanın paytaxtı Düşənbədə start götürən Qran Pri turnirində final görüşünə çıxıb.
Bizim.Media xəbər verir ki, 60 kq çəki dərəcəsində yer alan idmançı qızıl medal uğrunda qarşılaşmada neytral statusda güləşən Ramazan Abdullayevlə üz-üzə gəlib.
Rəqibinə ipponla uduzan Bayramov ikinci yerlə kifayətlənib.
Yarışın ilk günündə Azərbaycan millisinin ümumilikdə 7 üzvü tatami üzərinə çıxıb. Kişilərdən Turan Bayramovla yanaşı, Yaşar Nəcəfov (66 kq) da finala yüksəlib. Qadınlardan isə Leyla Əliyeva (48) bürünc, Gültac Məmmədəliyeva (52 kq) isə qızıl medal görüşünə vəsiqə qazanıb.
Yeri gəlmişkən, Əliyeva uduzaraq yarışı medalsız başa vurub. Rövşən Əliyev (60 kq), Ruslan Paşayev (66 kq) və Könül Əliyeva (48 kq) isə turnirlə daha erkən vidalaşıb.
Bizim.Media
- A-
- A
- A+
İdman
16:57 / 02.06.2023
Cüdoçumuz Qran Pridə gümüş medal QAZANDI
Hazırda oxunan: Cüdoçumuz Qran Pridə gümüş medal QAZANDI
Hazırda oxunan: Cüdoçumuz Qran Pridə gümüş medal QAZANDI
139380
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.