Daxili İşlər Nazirliyinin (DİN) İdman Cəmiyyətinin yeni rəisi bəlli olub.
Bizim.Media xəbər verir ki, bu vəzifəyə cüdo üzrə Pekin-2008 Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı olmuş polis polkovnik-leytenantı Mövlud Mirəliyev təyinat alıb.
Bu barədə daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.
Mirəliyev bu postda təqaüdə göndərilən stend atıcılığı üzrə Olimpiya, ikiqat dünya və üçqat Avropa çempionu Zemfira Meftəhəddinovanı əvəzləyib.
Mirəliyev hazırda Göygöl Olimpiya İdman Kompleksinin direktoru vəzifəsində də çalışır.
Qeyd edək ki, Zemfira Meftahətdinova Milli Olimpiya Komitəsinin və Azərbaycan Atıcılıq Federasiyasının vitse-prezidentidir.
Rəşad Rafiqoğlu, Bizim.Media
- A-
- A
- A+
İdman
22:21 / 01.06.2023
Zemfira Meftəhəddinovanı keçmiş cüdoçu əvəzlədi
Hazırda oxunan: Zemfira Meftəhəddinovanı keçmiş cüdoçu əvəzlədi
Hazırda oxunan: Zemfira Meftəhəddinovanı keçmiş cüdoçu əvəzlədi
139212
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.