“Sevilya” 7-ci dəfə UEFA Avropa Liqasının qalibi oldu

“Sevilya” 7-ci dəfə UEFA Avropa Liqasının qalibi oldu

Hazırda oxunan: “Sevilya” 7-ci dəfə UEFA Avropa Liqasının qalibi oldu

139027

UEFA Avropa Liqasında 2022/2023 mövsümünün qalibi müəyyənləşib.

Bizim.Media xəbər verir ki, Macarıstanın paytaxtı Budapeştdə keçirilən görüşdə İspaniyanın “Sevilya” klubu ilə İtaliya təmsilçisi “Roma” qarşılaşıb. Oyun ispaniyalıların qələbəsi ilə yekunlaşıb. Oyunda əsas vaxt 1:1 hesabı ilə başa çatıb.

Əlavə vaxtda da qalib müəyyənləşmədiyindən penaltilər seriyası baş tutub. Penaltiləri daha dəqiq yerinə yetirən ispanlar 4:1 hesabı ilə qələbə qazanıb.

Bununla da "Sevilya" 7-ci dəfə UEFA Avropa Liqasının qalibi olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO