“Qarabağ”ın Çempionlar Liqasında növbəti potensial RƏQİBLƏRİ

“Qarabağ”ın Çempionlar Liqasında növbəti potensial RƏQİBLƏRİ

Hazırda oxunan: “Qarabağ”ın Çempionlar Liqasında növbəti potensial RƏQİBLƏRİ

138670

“Qarabağ”ın 2023/2024 mövsümündə UEFA Çempionlar Liqasının (ÇL) təsnifat mərhələlərində növbəti potensial rəqibləri müəyyənləşib.

Bizim.Media xəbər verir ki, Azərbaycan çempionuna I raundda son mümkün rəqib Albaniya çempionatının qalibi “Partizani” olub.

Ağdam təmsilçisi növbəti mərhələlərdə də səpələnmişlərdə yer alacaq. II raundun artıq artıq 4 iştirakçısı məlumdur. Bunlar “Dinamo” (Zaqreb, Xorvatiya), “Kopenhagen” (Danimarka), “Molde” (Norveç) və “Aris”dir (Limassol, Kipr).
İlk üç komanda püşkatma zamanı səpələnmişlərdə, “Aris” isə səpələnməmişlərdə olacaq. Yəni “Qarabağ” mərhələ adlayacağı təqdirdə, Kipr təmsilçisi mümkün rəqiblərdən biri olacaq.

Həmçinin, III raundda daha bir potensial rəqib bəllidir. Yunanıstan AEK-indən (Kipr) sonra Çexiya klubu “Sparta” da bu mərhələdən mübarizəyə qoşulacaq.

Qurban Qurbanovun kollektivi bu raunda qədər irəliləməyi bacarsa, püşk bəxtinə “Sparta”nı çıxara bilər.

Qeyd edək ki, Çempionlar Liqasında iyunun 20-də I, 21-də II təsnifat mərhələsinin, iyulun 24-də isə III raundun püşkü atılacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO